26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Tarixi oyunun hakimi Bakıya gəlir

Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsinin martın 26-da keçiriləcək Azərbaycan - Portuqaliya oyununun baş hakimi müəyyənləşib. Martın 26-da baş tutacaq oyunu ingiltərəli Andre Marriner idarə edəcək.

Futbolxeber.az xəbər verir ki, Marriner 1971-ci il, yanvarın 1-də, Birmingemdə anadan olub. 2009-cu ildən FİFA hakimi statusunu daşıyır. Hakimliyə 1992-ci ildən başlayan ingiltərəli ədalət təmsilçisi 2002/03 mövsümündən İngiltərə Premyer Liqasının oyunlarında fit çalır. Britaniyanın ən təcrübəli hakimlərindən hesab olunur. Ötən il Mançester derbisində ədaləti qoruyan 42 yaşlı referi cari mövsümdə də "Mançester Siti" - "Çelsi" (2:0), "Arsenal" - "Vest Hem" (5:1), "Nyukasl" - "Mançester Siti" (1:3), "Arsenal" - "Fulhem" (3:3), "Everton" - "Liverpul" (2:2), "Liverpul" - "Mançester Siti" (2:2), "Everton" - "Mançester Yunayted" (1:0) kimi mühüm matçları idarə edib.

Daxili arenada son idarə etdiyi oyun martın 10-da baş tutub ("Nyuaksl" - "Stok Siti" - 2:1).

Beynəlxalq arenada isə sonuncu dəfə Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutan "Lion" - "Atletik" (2:1) görüşündə fit çalıb.

İngiltərəli hakimin yolu portuqallarla 1 dəfə kəsişib. Onun idarə etdiyi görüşdə - 2011-12 mövsümündə Avroliqanın pley-off mərhələsində "Gimarayş" öz meydanında "Atletiko"ya biabırçı hesabla uduzub - 0:4.

1 dəfə də o təmsilçimizin oyununa təyinat alıb. Belə ki, Andre Marriner 2009-2010 mövsümündə, Avroliqanın play-off mərhələsi çərçivəsində baş tutan "Tvente" - "Qarabağ" oyununda (3:1) ədaləti qoruyub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30