26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Aftandil Hacıyevin bəhanəsi: “Hakim səhvlərinə görə mərhələ keçə bilmirik”

"Rəqibi mərhələni keçmək münasibəti ilə təbrik edirəm. Ancaq təbriklə kifayətlənmək niyyətində deyiləm. Bilmirəm, bu, adətdir, yoxsa nədir. Amma ardıcıl ikinci mövsümdür ki, hakim səhvlərinə görə 1/4 final mərhələsini adlaya bilmirik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 finalında evdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra mətbuat konfransında deyib.

Bununla belə, Hacıyev rəqibin qələbəsinə kölgə salmaq istəmədiyini vurğulayıb: "Fasilədən sonra biz hücumda daha aktiv idik. İlk oyunda da sayılmayan qolumuz oldu. Futbolçuların əsəbləri ilə bu qədər oynamaq olmaz. Bilmirəm, amma komandamızın oyunlarında hakim səhvləri çoxalır. İlk oyundakı qol da təmiz idi. İstəməzdim hakimlik üzərində bu qədər dayanım, amma məcburam. Yenə də deyirəm, "Sumqayıt"ın qələbəsinə kölgə salmıram. Bütün gücümüzü çempionata yönəldəcəyik”. (“Report”)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30