9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Neftçi" ilə "Bella Pizza" arasında tərəfdaşlıq müqaviləsi bağlanıb

"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

Futbolxeber.az saytının məlumatına görə, klubla "Bella Pizza” arasında qarşılıqlı tərəfdaşlıq haqqında razılıq əldə edilib. Tərəflər ilkin mərhələdə 6 aylıq müqaviləyə imza atıblar.

Razılaşmaya əsasən, bu müddətdə "Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində "Bella Pizza” ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus "Neftçi TV” və sosial media səhifələrində "Bella Pizza”nın da loqosunun yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək. Həmçinin, birlikdə klub azarkeşləri üçün müxtəlif kampaniyalar təşkil ediləcək. "Bella Pizza” isə komandanın qidalanmasına dəstək verəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31