9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“...deyə bilməz ki, Elxan Məmmədovla əlaqə saxlamışam, amma görüşmək istəməyib”

"İcraiyyə Komitəsinin iclasında U-21-in baş məşqçisi ilə bağlı müzakirə gedib. Bəzi yerli məşqçilərimiz artıq işləyirlər".

Futbolxeber.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, məşqçilər heyəti ilə bağlı qərar qəbul edərkən Samir Əliyevin U-21-ə namizədliyi müzakirə olunub: "Axı, hazırda onun özünün U-19 komandasında vəzifəsi var. Elə bir mütəxəssis deyə bilməz ki, mən Elxan Məmmədovla əlaqə saxlamışam, amma görüşmək istəməyib. Hamısı ilə danışmışıq. U-19 və U-21 riskli yığmalardır. Gənc məşqçilər 6 ay işləyir, sonra klubdan kənarlaşdırılırlar. Təəssüf ki, səbəb ətraflı soruşulmur. Ötən il Milan Obradoviç çəkinmədən yaşı az olan futbolçulara şans verdi. De Byazi də öz növbəsində əsas milliyə gənc oyunçular dəvət etdi".

E.Məmmədov baş məşqçi Milan Obradoviçin U-21 yığmasındakı taleyinin AVRO-2023-ün seçmə mərhələsindəki nəticələrindən asılı olacağını bildirib: "Püşk dünən atıldı, çətin qrupa düşdük. Alınsa, davam edəcək. İstədiyimiz baş verməsə, təbii ki, əməkdaşlıq davam etdirilməyəcək. Hər bir baş məşqçi ilə minimum 2 seçmə mərhələni əhatə edən müqavilə imzalanıb".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31