9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

UEFA-nın baş katibi: "AVRO-2020-ni Bakıda birlikdə keçirəcəyik"

"Sabahınız xeyir, xanımlar və cənablar. Sabahınız xeyir, əziz dostlar. Əziz Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov, orada olmağı və görüşünüzdə iştirak etməyi çox istərdim".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın Konfransından əvvəl assosiasiyaya videomüraciətində deyib.

O, məlum səbəblərdən Konfransa qatıla bilmədiyini bildirib: "Buna görə bu videomesajla sizə müraciət etməli oldum. Sizə 2021-ci ildə uğurlar arzulayıram. Ümidvaram ki, ötən il koronavirusla əlaqədar üzləşdiyimiz bütün fəsadlar və çətinliklər geridə qalacaq. İyun-iyul aylarında AVRO-2020-ni Bakıda birlikdə keçirə biləcəyik. Futboldan həqiqətən mümkün olan ən yaxşı şəkildə zövq almaq üçün oraya gəlməyimizi səbirsizliklə gözləyirəm. Gördüyünüz və görməkdə davam etdiyiniz böyük işlərə görə sizi təbrik etmək istəyirəm".

Teodoridis Tovuzdakı Futbol Akademiyası barədə də danışıb: "Milli Assosiasiyalar departementindən aldığım məlumata görə, yanvarın 16-da Tovuzda yeni Futbol Akademiyasının açılışını etmisiniz. Bununla əlaqədar sizi təbrik edirəm. Aldığım məlumata görə mükəmməl bazadır. Hər zaman olduğu kimi, ölkənizdə futbolun inkişafı üçün yaxşı işlər görməyə davam edin. Konfransınıza uğurlar arzu edirəm, tezliklə görüşmək ümidi ilə". 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31