9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Obradoviç püşkü dəyərləndirdi: “Heç birindən qorxmuruq”

“Məncə, Avstriya və Xorvatiya qrupun ən güclü komandalarıdır. Milli komanda və U-21 səviyyəsində uğurlu çıxış edirlər. Praktik olaraq onları eyni gücə malik iki komanda kimi dəyərləndirə bilərik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç AVRO-2023-ün seçmə mərhələsini dəyərləndirərkən deyib.

Serbiyalı mütəxəssis qrupdakı bəzi komandaların yığmamızdan güclü olduğunu, ancaq heç birindən çəkinmədiklərini bildirib: "Qrupda yer alan digər komandalar Norveç, Finlandiya, Azərbaycan və Estoniya 3-cü yer uğrunda mübarizə aparacaq. Serbiya millisində çalışarkən Norveçə qarşı oynamışıq. Taktiki cəhətdən çox yaxşı komandadır. Sürətli, texniki və keyfiyyətli futbol nümayiş etdirirlər. Finlandiya və Estoniya haqda fikir bildirmək çətindir. Çünki onların oyun səviyyəsini bilmirəm. Lakin Finlandiyada həmişə yaxşı oyunçular olub. Ətraflı analizlərdən sonra fikir bildirmək olar. Qrupumuzdakı bəzi komandaların bizdən güclü olmaları mümkündür, amma heç birindən qorxmuruq. Ötən seçmə mərhələdə Fransa, İsveçrə və Slovakiya kimi yığmalara qarşı öz oyunumuzu oynaya bildiyimizi göstərdik.

Komanda olaraq daha yaxşı ola bilərik. Biz ancaq irəli baxmalıyıq və özümüzdən əmin olmalıyıq. Bunun üçün risk etməliyik. Yəni müdafiədə oturmamalıyıq, çalışdığımız qədər pressinq etməklə hücumda olmalıyıq. Fransa və İsveçrə yığmalarları ilə oyunda olduğu kimi topa 50 faiz nəzarət etməliyik. Bir sözlə, ötən seçmə mərhələ ilə müqayisədə gücümüzü daha da artırmalıyıq. Taktiki və texniki cəhətdən oyunumuzu artırsaq, xal ehtiyatımızı yaxşılaşdırıb qrupu yaxşı yerdə başa vura bilərik. Bunu gərçəkləşdirə bilsək, bu, bizim üçün irəli atılmış addım olacaq və U-21-dən əsas komandaya daha çox oyunçu gedəcək. Bunların hamısını bir yerdə etmək nə asandır, nə də çətin. Çünki hər şey özümüzdən asılıdır”.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə birlikdə A qrupunda mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31