9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Geryedən “Qarabağ”a etiraz: “Ədalətsiz qərardır”

"Haitidən Nyu-Yorka gəldikdən sonra hava limanında koronavirus testi ilə bağlı problem yaşandı. Bizə bildirdilər ki, həmin analizin nəticələri keçərli deyil, yenidən test verməlisiniz. Bu səbəbdən, 2 gün ailəmlə birlikdə aeroportda qalmalı oldum".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Donald Gerye komandanın qış təlim-məşq toplanışına qoşula bilmədiyi üçün cəzalandırılması barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, Bakıya gec qayıtması onun günahı olmayıb. 32 yaşlı oyunçu bu səbəbdən, ona verilən cəzanın düzgün olmadığını söyləyib: "Nyu-Yorkda olarkən yaşanan problemlə bağlı klubu məlumatlandırmışdım. Hər gün zəng vurub danışırdım. Amma Bakıya qayıtdıqdan sonra dedilər ki, 20 min ABŞ dolları məbləğində cərimələnib, əvəzedici komandaya göndərilmisən. Açığı, qərardan bir az təəccübləndim. Çünki məndən qaynaqlanan poblem deyildi. Bir müddət əvəzedici komandada olacağam, cəriməni də ödəyəcəyəm. Lakin mənə görə doğru qərar deyil. Hətta deyərdim ki, ədalətsiz qərardır".

Gerye Bakıya gəldikdən sonra baş məşqçisi Qurban Qurbanovu görmədiyini vurğulayıb: "Baş məşqçi ilə söhbətimiz olmayıb, çünki onu görməmişəm. Sadəcə, mesajla bildirdilər ki, cəza almısan. Əvəzedici komandada nə qədər qalacağımı bilmirəm. Əslində meydana çıxmaq üçün tam hazıram".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31