Ölkə futbolu
Tanınmış menecer "Sabah"ın yalanını üzə çıxardı: “Bəhlul getmək istəyirdi”
“Danimarkanın "Veyle" klubu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə üçün real təklif göndərsə də, "Sabah" rəhbərliyi onu buraxmayıb”.
Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a 24 yaşlı müdafiəçinin agenti Səbuhi Səfiyarlı açıqlama verib.
Keçmiş klub rəsmisinin sözlərinə görə, Mustafazadə də Danimarka təmsilçisində oynamaq istəyib: "Futbolçu özü də getmək istəyirdi. "Sabah" rəhbərliyi ilə nə qədər danışsaq da, alınmadı. Dedilər ki, klubumuzun vəziyyəti çətindir, buraxa bilmərik. Belə səbəb göstərdilər. Klub açıqlama verib ki, şərtlərlə razılaşmadıq. Yalandır, heç bir şərt müzakirə olunmadı. Dedilər ki, özümüzə lazımdır. klubun vəziyyəti çətindir, buraxmırıq".
Səfiyarlı "Veyle"nin mərkəz müdafiəçisi ilə bağlı təklifinin detallarını açıqlayıb: "Bəhlul 5 aylıq icarəyə verilməli idi, yayda isə müqavilənin imzalanması planlaşdırılırdı. Çünki heç kim azərbaycanlı futbolçunu birdən-birə inanıb ala və aparıb oynada bilməz. Özü də Danimarka kimi ölkədə. Yarım ilədək oynadıb bacarığına əmin olmaq istəyirdilər. "Sabah" klubu bu şərtlərin heç birini müzakirə etmədi. Nə qədər israr etsək də, danışsaq da faydası olmadı".
Keşmiş menecer azərbaycanlı futbolçuların xaricə çıxmaq istəmədikləri və az maaşa razı olmadıqları kimi fikirlərlə razılaşmadığını sözlərinə əlavə edib: "Bunların hamısı boş şeydir. Çünki Azərbaycanda da indiki şərtlər əvvəlki kimi deyil. İndi oyunçuların da maaşları xeyli, 2-3 qat düşüb. Birincisi, bizim o səviyyədə futbolçularımız azdır. İkincisi, Bəhlul heç bir şərt, maaşı və pulu düşünmədən getməyə razıdır. Özü də bilir ki, futbol oynamaq üçün Avropaya getmək lazımdır. Ən azı, özünü yoxlamaq istəyirdi. Çünki təklif də sıradan bir ölkədən yox, futbol ölkəsi olan Danimarkadandır. Hər il neçə-neçə futbolçu oradan Avropanın aparıcı çempionatlarına transfer olur. Avropa skautlarının izlədiyi çempionatdır. Amma təəssüf ki, “Sabah” rəhbərliyi belə qərar verdi. Mən də sosial şəbəkələri oxuyuram. Bizim özümüzdə, oxucumuzda belə fikir formalaşıbsa ki, futbolçularımız gedən deyil. Onda Avropa bizim oyunçular haqqında nə düşünürlər. Mən israrla “Sabah” rəhbərliyinə dedim ki, biz indi Bəhlulun sayəsində bu məsələni və fikri dəyişə bilərik. Avropada Azərbaycan futbolu haqqında fikri dəyişmək olardı. Amma “Sabah” klubu israr etdi ki, vəziyyət pisdir. Onların belə pis vəziyyətdə olması sənin-mənim günahım deyil. Çox təəssüf, biz bu transferlə Azərbaycan futbolu haqqında düşüncəni dəyişə bilərdik”.
Səfiyarlı Mustafazadənin paytaxt klubu ilə daha 1,5 illik müqaviləsinin qaldığını xatırladıb: “Sabah” onu əsas gətirir ki, təklif yenə olacaq və bu vaxta qədər klubun vəziyyəti düzələcək Amma təklif elədir ki, bu gün var, sabah yoxdur. "Veyle"nin hər iki mərkəz müdafiəçisi zədələnib. Vəziyyət o yerə gəlib ki, komandaya təcili oyunçu lazımdır. Bəhluldan başqa çox yerə təklif göndəriblər. Onları inandıra bilmişik ki, Mustafazadə "Velye"yə köməklik göstərəcək. Baxıblar, klubun rəhbərliyi, məşqçilər də bəyənib. Bizim də şərt olaraq heç bir tələbimiz olmayıb. Yeganə istəyimiz odur ki, getsin. “Sabah” rəhbərliyi sözləşmə imzalayanda bizə söz vermişdi ki, xaricdən təklif olacağı təqdirdə problem yaratmayacağıq. Amma belə oldu”.
Futbol agenti “Sabah” klubu Azərbaycan futbolunun və gənc oyunçuların inkişafı üçün yaradılıb, buna dəstək olurmu” sualına belə cavab verib: “Yenə deyirəm ki, biz ölkə futbolunun imicini dəyişə bilərdik. Danimarkadan azərbaycanlı oyunçuya 30 illik müstəqil futbol tariximizdə təklif olmayıb. Yəqin ki, bundan 30 il sonra da olmayacaq. Belə bir şansı boşa vermək olmaz. Hamıya bəllidir ki, Bəhlul yığmada necə debüt edib. Müdafiəçilərin bir neçəsi zədələndi, bunun sayəsində o, forma şansı qazandı. İndi də eyni şans ələ düşüb. Danimarka klubunun əsas müdafiəçiləri zədələnib. Danimarkada Azərbaycan futbolçusu oynayacaqdı. Biz bundan sonra da xaricə futbolçu göndərə bilərdik. Ozan Can Kökçü də bizim futbolçudur. Onu izah edə bilmirəm ki, niyə Kökçünü Niderlandın “Telstar” klubuna pulsuz icarəyə verdikləri halda, Bəhlulu xaricə göndərmədilər. “Sabah” Bəhlul məsələsində heç demədi ki, pul istəyirik. Bəhlul razı idi ki, “Veyle” icarə üçün pul ödəmək istəməsə, həmin məbləği biz ödəyək. Halbuki qarşı tərəf ödənişə də razı idi. Birmənalı şəkildə buraxmadılar. İcarə pulsuz olsa belə, biz onu ödəməyə razı idik. Bəhlul təklif etdi ki, ödəyək. “Sabah” klubu isə birtərəfli şəkildə imtina etdi”.
Səfiyarlı “Mustafazadə karyerası üçün başqa klubumuzu seçə bilməzdimi” sualını bu cür cavablandırıb: “Müqavilə 1,5 il əvvəl imzalanıb. Onda fikirləşdik ki, maliyyə vəziyyəti yaxşıdır və normal məşqçi gətirəcəklər. Ona görə də futbolçu orada daha çox artıracaq. Sözləşmə bağlayanda yığma üzvü deyildi. “Qəbələ”dən təzə çıxmışdı. Bölgə təmsilçisinin vəziyyəti ağır olduğu üçün satıb oyunçudan pul götürmək istəyirdi. O məbləği hər klub ödəyə bilməzdi. “Sabah”ın Bəhlula verdiyi maaş elə də yüksək deyil. Maaşa görə ilk “5-lik”də olmadığı dəqiqdir. Ümid edirdik ki, “Sabah” yaxşı klub olacaq və çempionatda artıracaq. Daha nə biləydik ki, çempionatda axırıncı yerdə gedəcək, ölkə kuboku ilə erkən vidalaşacaq”.
Futbol agentinin sözlərinə görə, Mustafazadə çempionatdakı 14 oyundan 8-də zədəyə görə oynamayıb: "Bəhlul cəmi 6 matça çıxıb, dekabrın sonlarında isə əməliyyat olunub. Hətta Danimarka klubu bilir ki, əməliyyatdan sonra komanda ilə məşqlərə qoşulmayıb. Biz əməliyyat sənədlərini belə göndərmişik. Bizim klublar heç vaxt zədədən yeni qayıdan futbolçuya maraq göstərməzlər. Onlar cəmi 6 matça çıxan və zədəli olan oyunçunu transfer etməyə razıdırlar. Bu, "Veyle"nin Bəhlula nə qədər inandığını göstərir. Bu hadisələr Bəhlulun özünə mənəvi və psixoliji zərbədir. İki gündür ki, onu özünə gətirə bilmirik. Deyirik ki, eybi yox, oldu. Düzü, hələ ki, "eybi yox" mərhələsinə çatmamışıq. Ümid edirik ki, nə isə olacaq. Belə başa düşünürəm ki, bu gün axırıncı gündür. Danimarka təmsilçisi ilə dünən danışdıq, onlar da başa düşdülər ki, alınmır, başqa oyunçulara yönəlirlər. Çünki Bəhlul o siyahıda birinci idi. Ancaq ondan sonra digər variantlara keçərlər. Keçidi alınmasa, bu, Bəhlul üçün çox böyük psixoloji zərbə olacaq. “Sabah” klubu isə bizə qərarının qəti olduğunu deyir. Bizə təklif beşinci gündən gəlib. Mətbuata çıxmasının əleyhinə idik. Dəqiq olsa belə, yayımlanmasını istəmirdik, danışıqların yekunlaşmasını gözləyirdik. Elə oldu ki, Danimarka mətbuatı yazdı. Biz də məcbur qalıb mövqe bildirməli olduq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO