19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Elmar Baxşıyev: “Tovuza Premyer Liqa yaraşır”

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Turan Tovuz” - “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis qələbəni belə şərh edib:

“Oyunun çətin keçəcəyini bilirdik. Kubokda 1/8 final mərhələsi bir matçdan ibarətdir. Ona görə də komandanı ağır və çətin səfər matçına kökləmişdik. Sevindiricidir ki, neçə ildən sonra Tovuzda oynayırdıq. Bizlərə bir az nostalji hissləri yaşatdı. Tovuz komandası bizə çətinliklər yaratdı. Çətin qələbə qazandıq. Soyunub-geyinmə otağında da futbolçularımızın yorulduğu hiss olunurdu. Rəqib hərəkətli komandadır, meydanda çox qaçırdı.

Düşünürəm ki, bu rayona Premyer Liqa yaraşır. Çox sevindirici olar ki, “Turan Tovuz” Premyer Liqada çıxış etsin. İkinci qol oyun epizodu idi. Rəqib gənc oyunçu olduğu üçün dayandı. Qaydalar tələb edir ki, hakimin qərarına qədər davam eləmək lazımdır. Futbolda belə hallar yaşanır. Bunu normal qarşılaşmaq lazımdır”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31