9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

İspaniyalı futbolçu: "Qarabağ"la matçın oynanmaması daha yaxşı olar"

"UEFA-nın hansı qərarı verəcəyini bilmirik, gözləyirik. Həqiqət budur ki, hazırkı vəziyyət və təqvimə görə oynamamağımız daha yaxşı olar".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Pau Torres Avropa Liqasının VI turunun "Qarabağ"la dekabrın 10-da baş tutmaması gündəmdə olan matçı barədə AS nəşrinə açıqlamasında deyib.

23 yaşlı müdafiəçi görüşün keçirilmə ehtimalının çox az olduğunu bildirib: "Ümid edirəm ki, oyun ləğv ediləcək. Ancaq oynamağımız lazım gələrsə, meydana çıxacağıq. Qrupdakı vəziyyətə görə qarşılaşmanın keçirilməyəcəyini düşünürük. Hazırda La Liqada "Betis"lə matça köklənmişik".

Qeyd edək ki, "Qarabağ" klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlandığı üçün "Vilyarreal"la matç təxirə salınıb. Qarşılaşma ilə bağlı yekun qərarı UEFA verəcək ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31