9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

De Byazi: "Favorit olmadığımızın fərqindəyik"

"Çox çətin bir qrupumuz var. Portuqaliya 1-ci, Serbiya və İrlandiya 2-ci yer uğrunda mübarizə aparacaqlar. Bacardığımızı edəcəyik. Amma son səbətdən gəldiyimizin və favorit olmadığımızın fərqindəyik. Daha yaxşı oynamaq və potensialımızı tam göstərmək üçün əlimizdən gələni edəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa mətbuatına müsahibəsində DÇ-2022-nin püşkünü dəyərləndirərkən deyib.

O, İkinci Qarabağ müharibəsi dövründəki vəziyyətin millidəki işinə təsirsiz ötüşmədiyini söyləyib: "Münaqişə vaxtı ev oyunlarımızı Bakıda keçirmədik. Bu, bizim üçün kifayət qədər problem idi. Pandemiya isə vəziyyəti daha da gərginləşdirir. Oyunçularla görüşməkdə çətinlik yarananda pandemiya dövründə yeni işə başlamaq asan deyil".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. Qətər yığması isə bu qrupda müsabiqədənkənar qaydada çıxış edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31