9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

İrland məşqçi: “Azərbaycan yığması son vaxtlar inkişaf etmiş komandadır"

“Bu, həyəcanverici qrupdur. Portuqaliya Avropa çempionu və Millətlər Liqasının qalibidir. Serbiya yaxşı heyətə sahibdir. Qrupumuzda Lüksemburq və Azərbaycan yığmaları da var. Hər ikisi son vaxtlar inkişaf etmiş komandalardır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri İrlandiya millisinin baş məşqçisi Stiven Kenni  DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

49 yaşlı mütəxəssis ardıcıl 3 deyil, 2 oyun keçirməyi müsbət hal kimi dəyərləndirib: "Qrupumuzun beş komandalı olması martda 3 oyun pəncərəsinin, 3 rəqabətli matçın olmaması deməkdir. Yeni bu martda ənənəvi 2 oyuna qayıtmağımız deməkdir. Müsbət haldır və düşünürəm ki, marta qədər millidə çox oyunçumuz olacaq. Son bir neçə ayda on futbolçuya beynəlxalq arenada debüt imkanı verdik. Düşünürəm ki, təcrübəlilərlə birlikdə martda heyətimiz çox güclü olacaq. İnanıram ki, bu müddət ərzində pandemiya ilə bağlı müsbət irəliləyiş olacaq və möhtəşəm azarkeşlərimizi tezliklə stadiona qaytaracağıq".

Qeyd edək ki, İrlandiya millisi Serbiya, Portuqaliya, Lüksemburq və Azərbaycan millisi ilə birlikdə A qrupunda qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31