26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Gerye: "Ermənilər Ağdamda hər yeri dağıdıblar"

"Bu, futboldur. "Səbail"lə oyun bizim üçün çox çətin oldu. Avrokubok matçından iki gün sonra çempionat görüşünə çıxdıq. Oyundan əvvəl Ağdama getmişdik, 5 saat getmək, bir o qədər də qayıtmaq vaxt apardı. Bizim üçün uzun səfər oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Donald Gerye Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri matç barədə danışarkən deyib.

31 yaşlı cinah müdafiəçisi koronavirus və zədə səbəbindən heyətdə bəzi itkilərin olduğunu bildirib: "Bunlar da bizim üçün problem yaradan səbəblərdir. "Səbail"in stadionunun örtüyü də pisdir. Süni örtük bizə çətinlik yaşatdı. Lakin ən azı uduzmadıq və bir xal qazandıq. Futbolda 3 seçiminiz var: Qalib gəlmək, məğlub olmaq və ya bərabərə qalmaq. Biz heç-heçə etməklə iki müsbət nəticədən birini əldə etdik. Artıq bu oyunu unuduruq. Növbəti matçlara köklənməliyik".

Haitili oyunçu Ağdam təəssüratlarını da bölüşüb: "Şəhəri görəndə "Aman Allahım" deyirdim. Şəhər, evlər və hər yer ermənilər tərəfindən dağıdılıb. İnsanların dağıdılmış evlərini görmələri dəhşətdir. Ağdamda çox sayda insan vəfat edib. Bu, çox üzücüdür".

Gerye "İmarət" stadionunun dağıdıldığını sözlərinə əlavə edib: "Orada stadionu görəndə də çox təəccübləndim. Stadion yenidən qurulmalıdır. Bu isə yetərincə vaxt deməkdir. "Qarabağ" klubu da gündən-günə inkişaf edir. İnkişaf və tərəqqi göz önündədir. Mən bunları görürəm. Bu cür komandanın bir parçası olduğum üçün qürur duyuram".

Təcrübəli futbolçu Avropa Liqasının qrup mərhələsinin IV turunda İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı keçirəcəkləri oyun barədə isə bunları deyib: "Bizim üçün çox çətin oyun olacaq. Amma əlimizdən gələnin ən yaxşısını edəcəyik. Yol yorğunluğu və öz yorğunluğumuz kimi çətinliklər ola bilər. Zədəli və xəstə oyunçularımız da var. Tam heyətlə meydana çıxa bilmirik. Amma bütün bunlara baxmayaraq, ən yaxşısını etməyə çalışacağıq. Komandaya, yoldaşlarıma və bütün heyətə inanıram. Yaxşı nəticə üçün mübarizə aparacağıq".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30