9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Kipr millisinin baş məşqçisi: “Komandama hər zamankından daha çox inanıram”

"Sabah yaxşı komandaya qarşı oyunumuz olacaq. Oyunçularıma, komandama hər zamankından daha çox inanıram. Futbolçular, assosiasiya və hamımız eyni şey uğrunda mübarizə aparmaq istəyirik. Bu, komandanı daha yaxşı duruma gətirməkdir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Kipr yığmasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının 4-cü turunda millimizə qarşı oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ən qısa müddətdə müsbət nəticə qazanmağa ehtiyacları var. "Sabah üçün hazır olduğumuzu düşünürəm. Bu, bizim missiyamızdır. Düzgün düşüncə tərzi ilə komandaya yeni nəsə gətirmək niyyətindəyik. Həmişə mübarizə aparırıq və müsbət düşünürük. Hər matçda inkişaf etməyə çalışacağıq".

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31