9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Naxçıvanın ilk çimərlik futbolu meydançası açılışı hazırdı

Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı icra olunan uğurlu layihələrdən biri də çimərlik futbolu ilə bağlıdır.

Naxçıvan Futbol Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Futbolxeber.az saytına verilən məlumata görə, ötən ayın 18-dən etibarən Uzunoba gölünün ərazisində inşasına başlanılan çimərlik futbolu meydançası artıq hazır vəziyyətə gətirilib.

İnşaat işləri Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının nəzarəti ilə icra olunub. Beynəlxalq standartlara uyğun layihələndirilən meydançanın ümumi sahəsi 1200 kvadrat metrdir. Oyun sahəsinin uzunluğu 36, eni isə 26 metrdir. Qum örtüyü üçün narın qumdan (420 kub metr) istifadə olunub . Meydançanın kənarlarına bardur düzülüb, 2 ədəd ehtiyat oyunçular skamyası, eni 5.50, hündürlüyü 2.20 metr olan oyun qapıları quraşdırılıb, bölücü xətlər üçün möhkəm materialdan lent çəkilib. Oyun ərazisinin kənarlarına ilk muxtar respublika çempionatının təşkilatçıları və sponsorlarına aid tanıtım lövhələri düzülüb.

Məlumat üçün bildirək ki, Naxçıvanla yanaşı, ölkəmizdə yalnız Bakı, Sumqayıt, Mingəçevir və Astarada çimərlik futbolu meydançaları mövcuddur.

Xatırladaq ki, iyulun 19-dan etibarən çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika Çempionatına qatılacaq komandaların onlayn qeydiyyatına başlanılıb. 25 iyulda yekunlaşacaq qeydiyyat prosesindən 3 gün sonra püşkatma keçiriləcək. Avqustun 1-də çempionat start götürəcək. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31