9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Qurbanov Matiçin transferi haqda: “Alınma ehtimalı daha çoxdu”

"Qarabağ" yeni transferi Kevin Medina Bakıya gəlib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

48 yaşlı mütəxəssisin sözlərinə görə, kolumbiyalı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. O, 27 yaşlı oyunçunun bu gün Qəbələdə olacağını bildirib.

Qurbanov Kipr APOEL-inin yarımmüdafiəçisi Uroş Matiçlə isə danışıqların davam etdiyini söyləyib: "Hər şey müsbətə doğru gedir. Transferin alınma ehtimalı daha çoxdu".

Baş məşqçi serbiyalı futbolçunun Bakıya gələ bilməsi üçün Operativ Qərargah və Xarici İşlər Nazirliyinə müraciət edəcəklərini vurğulayıb: "Qarşıdan avrokubok oyunları gəlir. Həmin qurumlar bu işin içindədirlər. İnanıram ki, köməklərini əsirgəməyəcəklər".

Qeyd edək ki, Kevin Medinanın son klubu Portuqaliya "Şaveş"i olub. Uroş Matiç isə APOEL-dən əvvəl "Koşitse" (Slovakiya), "Benfika II" (Portuqaliya), NAK (Niderland), "Şturm" (Avstriya), "Kopenhagen" (Danimarka), və "Austriya" (Avstriya) komandalarında çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31