26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Azərbaycan Premyer Liqası: 5-ci turdan məqamlar

Peşəkar Futbol Liqasının rəsmi saytı Azərbaycan Premyer Liqasının beşinci turundakı məqamlardan yazı hazırlayıb. Həmin materialı təqdim edirik:

AZAL: yenə 5-ci turda

Premyer Liqanın 5-ci turu liderin dəyişməsi ilə əlamətdar oldu. Səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən AZAL şəxsi oyundakı qələbə sayəsində turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. Vaqif Sadıqovun yetirmələri mövsümdə ilk dəfə zirvəyə sahib çıxıb.

Maraqlıdır ki, 1 il əvvəl də “təyyarəçilər” 5-ci turdan sonra turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşmışdı. Özü də indiki kimi onda da AZAL zirvədəki “Qarabağ”ı məğlub etməklə bunu bacarmışdı.

İndikindən fərqli ötən il sentyabrın 16-dakı oyunda 6:2 hesabı ilə qalib gələn AZAL həmin vaxt ehtiyatda 1 oyunu ola-ola zirvəni ələ keçirmişdi. 4 matçdan sonra hesabında 10 xal olan paytaxt təmsilçisi 350 gün əvvəl əldə etdiyi zirvəni 8 gün saxlayıb sentyabrın 24-də “Simurq”a vermişdi.

“Qarabağ” klub rekordunun 2 addımlığında dayandı

Mövsümün startında ən uzun qələbə seriyasının müəllifi olan “Qarabağ” Premyer Liqasının 5-ci turunda ilk xal itkisi ilə üzləşdi. Ardıcıl 4 qələbə qazanan Ağdam təmsilçisi AZAL-a 0:1 hesabı ilə uduzmaqla seriyasını davam etdirə bilmədi. Bununla da  Qurban Qurbanovun yetirmələri klub tarixinin 2-ci uğurlu startına imza atmış oldu. Belə ki, “Qarabağ” 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında yalnız 1 dəfə startda daha çox qələbə qazanıb. 2003/04 mövsümündə Ağdam təmsilçisi ilk 6 qarşılaşmada qalib gəlmişdi. Bu dəfə klub tarixinin 2-ci nəticəsinə imza atan “Qarabağ”ın 10 il əvvəlki rekordu təkrarlamasına 2 qələbə çatmadı. Lakin bu nəticə son 10 mövsümdə ən uğurlu start oldu.

“Bakı” klub rekordunu təkrarladı

Premyer Liqanın 5-ci turu “Bakı” üçün də əlamətdar olub. Paytaxtın eyniadlı təmsilçisi ardıcıl qazandığı böyükhesablı qələbələrin sayını 3-ə çatdırıb. 3-cü turda “Rəvan”ı 5:0, 4-cü turda “Simurq”u 3:0 hesabı ilə məğlub edən Milinko Pantiçin yetirmələri bu dəfə “Neftçi”ni 3 cavabsız qolla məğlub etdi.

“Bakı” 2008/09 mövsümündəki rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi həmin vaxt da ardıcıl 3 böyükhesablı qələbə əldə etmişdi.

2008-ci il noyabrın 22-də “Turan”ı 7:0, 29-da “Muğan”ı 4:0 məğlub edən “Bakı” 2009-cu il fevralın  15-də MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30