27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Azərbaycan Premyer Liqasına yeni klubun buraxılmama səbəbi açıqlandı

AFFA-nın Lisenziya Komissiyasının I Divizion klublarına Premyer Liqada iştirak icazəsi verməmələrinin səbəbi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. O, “Kəpəz”, “Ağsu”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, “Zaqatala” klublarının maliyyə meyarına uyğun olmadıqlarını bildirib: "Lisenzilaşdırma proseduru 5 meyardan ibarətdir. Hər biri vacibdir, amma maliyyə xüsusi diqqət tələb edən meyardır. Meyarın içində də bir neçə bənd var və əsas bənddən biri odur ki, klub audit yoxlamasından keçməlidir. Bir sözlə, onu deyə bilərəm ki, I Divizion klublarının Premyer Liqaya buraxılmama səbəbi maliyyə meyarının yerinə yetirilməməsidir".

Hacıyevin sözlərinə görə, aşağı dəstədə iştirak edən bütün komandalar maliyyə məsələsini yerinə yetirməyib və bu da lisenziyanın verilməməsi üçün kifayət edir.

Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyasının qərarına əsasən, gələn mövsüm də Azərbaycan Premyer Liqasında hazırkı 8 klub mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30