26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Bazanın sökülməsi xəbəri Aqil Məmmədovu kövrəltdi: “Ora bizim evimiz idi...”

“Neftçi”nin qapıçısı Aqil Məmmədovun "Futbol+" qəzetində geniş müsahibəsi çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli qapıçı yetirməsi olduğu "Bakı" klubunun Biləcəridəki bazasının sökülməsini birmənalı qarşılaşamayıb. Müsahibənin həmin hissəsini olduğu kimi təqdim edirik:

- Elə bir xəbər oxumuşdum ki, yerində nəsə tikəcəklər. Amma inanmırdım. Düşünürdüm ki, qoymazlar, o boyda bazanı, akademiyanı sökməzlər. Əməlli-başlı sökürlər? Binanı, meydanları hamısını?

- Bəli, hamısını. Nə varsa, traktorun qabağına verib süpürürlər. Boş sahə qalıb, yerində yaşayış kompleksi inşa edəcəklər.

- (səsi kəsilir)

- Alo...Aqil, eşidirsən?

- (kövrək səslə) Bazada nə vardısa, hamısını sökürlər, hə? Heç nə qalmayıb yerində?

- Sonluq elə olacaq.

- Deməyə söz tapmıram. Ora bizim evimiz idi. Allaha and olsun, özümü güclə saxlayıram, deməyə söz tapmıram. Elə bilirəm, orda doğulub-böyümüşəm. Uşaqlığım, gəncliyim, yetkinliyim orda keçmişdi elə bil. Ordan keçəndə ora necə baxacam indi? (sonuncu cümlədən sonra diktofonu söndürməyi xahiş edir və "Bakı"ya bağlı xatirələrini bölüşür, Hafiz Məmmədovun klub üçün etdiklərini, lakin çoxlarının bilmədiklərini danışır).

Futbolçu Aqil Məmmədov

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30