27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rövnəq Abdullayev Mübariz Mənsimovun həbsindən danışdı: "Bu, əsassız yalandı"

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinin SOCAR ilə əlaqələndirilməsi, daha əvvəl açıqladığımız kimi, tam əsassız bir yalandı".

Futbolxeber.az saytının “Futbol+” qəzetinə istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Mgtv” kanalına açıqlamasında bildirib.

“Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə heç bir zaman müdaxilə cəhdimiz olmayıb və bunun mümkünlüyünə də inanmırıq. SOCAR Mübariz Mənsimovun özünün həbs edilməsinin marağında deyil və onun barəsində yaxın zamanda ədalətli hökm veriləcəyinə inanır”, - SOCAR-ın prezidenti vurğulayıb.

Abdullayev xatırladıb ki, “Palmali” SOCAR qarşısında maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə SOCAR 2018-ci ildə şirkətə qarşı Londonda və Dubayda arbitraj proseslərinə başlayıb.

Onun sözlərinə görə, proseslərin məqsədi “Palmali” qrupunun SOCAR-a və dolayısı ilə Azərbaycan dövlətinə olan yüzmilyonlarla borc öhdəliklərinin qaytarılmasıdı: “Ümid edirik ki, Türkiyə Cümhuriyyətinin hüquq-mühafizə orqanları Mübariz Mənsimov barəsində yaxın zamanda ədalətli qərar verəcək”.

Açıqlamanı “5-ci qüvvət” proqramında kanalın aparıcısı Mustafa Gürbüz səsləndirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30