27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"İnter" - "Simurq" duelinin tarixi

Azərbaycan Premyer Liqasının 5-ci turunun qarşıdan gələn "İnter" - "Simurq" görüşü hər iki komanda üçün sayca 19-cu olacaq. Futbolxeber.az-ın məlumatına görə, bunadək komandalar bir-birilə 18 dəfə qarşılaşıb, 16 oyun çempionat çərçivəsində keçirilib və 2 matç isə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 14 dəfə məğlub edə bilib, "Simurq" isə ancaq 3 qələbəyə malikdir. 18 oyunun 1-i heç-heçə ilə başa çatıb. Vurulan topların fərqi "İnter"-in xeyrinədir - 31:10. 

     Komanda

   O

   Q

   H

   M

 Toplar

      “İnter”

  18

   14

   1

    3

  31-10

      “Simurq”

  18

    3

   1

   14

  10-31

Komandalar ilk dəfə 2006-cı ilin avqust ayında çempionat çərçivəsində üz-üzə gəlib. "Şəfa" stadionuna baş tutmuş həmin görüş 2:0  hesabıyla "İnter"in xeyrinə başa çatıb. 

Xatırladaq ki, ötən mövsümdə komandalar bir-biri ilə dörd dəfə qarşılaşıblar. Dörd oyunun ikisi "İnter"in qələbəsilə başa çatıb. Digər iki oyunda isə “Simurq” qələbəyə sevinib. "Şəfa" stadionunda keçirilmiş iki matçda "İnter" rəqibi 1:0 və 5:0 hesabıyla üstələyib, Zaqatalada keçirilən görüşdə isə  "Simurq" daha üstün olub - 1:0 və 1:0. "İnter” - "Simurq" oyunlarında ən populyar hesablar 2:0 və 1:0-dır. Belə nəticələr 18 görüşün hərəyə 6 dəfə olmağla 12-də qeydə alınıb. "İnter" - "Simurq" qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 3:4 hesabıdır. 2008-cı ildə "İnter" "Simurq"u məhz bu hesabla udmuşdu. Ən böyükhesablı qələbəyə isə "İnter" elə ötən mövsümdə imza atıb - 5:0.

    Mövsüm

          Oyun

  Hesab

2006/07

 “İnter”-“Simurq”

    2:0

2006/07

 “Simurq”-“İnter”

    1:2

2007/08

 “İnter”-“Simurq”

    2:0

2007/08

 “Simurq”-“İnter”

    3:4

2008/09

 “Simurq”-“İnter”

    0:2

2008/09

 “İnter”-“Simurq”(K)

    2:0

2008/09

“Simurq”-“İnter””(K)

    2:1

2008/09

 “İnter”-“Simurq”

    1:0

2009/10

 “Simurq”-“İnter”

    1:1

2009/10

 “İnter”-“Simurq”

    2:1

2010/11

“Simurq”-“İnter”

    0:1

2010/11

 “İnter”-“Simurq”

    2:0

2011/12

 “İnter”-“Simurq”

    1:0

2011/12

  “Simurq”-“İnter”

    0:2

2012/13

 “İnter”-“Simurq”

1:0

2012/13

  “Simurq”-“İnter”

1:0

2012/13

 “İnter”-“Simurq”

5:0

2012/13

  “Simurq”-“İnter”

1:0

Azərbaycan çempionatında "Simurq"a qarşı keçirilən  ev oyunlarında “İnter” böyük üstünlüyə malikdir. Belə ki, 8 qarşılaşmanın hamısında komanda rəqibini məğlub etməyi bacarıb. Bu matçlarda top fərqi "İnter"in xeyrinədir - 12:1.

Qeyd edək ki, "İnter" - "Simurq" matçı sentyabrın  1-də keçiriləcək. Oyun saat 20.00-da başlayacaq.


inter.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30