19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

“Heyətdə müəyyən dəyişikliklər olsa da, sərəncamımızdakı bütün futbolçular sabahkı oyunda meydana çıxmağa hazırdılar. Sabah Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”.

Futbolxeber.az saytının Bratislavaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal sabah Avro-2020-nin seçmə mərhələsində millimizə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis ilk növbədə Uels -Macarıstan qarşılaşması deyil, öz oyunları barədə düşündüklərini bildirib: “Uelsdəki görüşün nəticəsi bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Oradakı görüşlə bağlı optimistəm. İnanmalıyıq ki, Uels - Macarıstan görüşü heç-heçə nəticələ bilər. Çünki görüş hər iki tərəf üçün çətin olacaq. İlk növbədə komandalar qapılarını toxunulmaz saxlamağa çalışacaqlar. Biz isə öz oyunumuzu düşünməli və mütləq qələbə qazanmalıyıq. Xorvatiya ilə görüşdə bəxt bizim tərəfimizdə deyildi, nəticədə uduzduq. Ümid edək ki, Uels - Macarıstan oyununda bəxt bizim tərəfimizdə olacaq. Lakin oyun ərzində həmin matçın gedişatı ilə maraqlanmamalıyıq. Çünki mənfi xəbər almağımız Azərbaycanla görüşdəki performansımıza mənfi təsir göstərə bilər”.

Slovakiya yığmasının çalışdırıcısı seçmə mərhələdə Xorvatiyaya qarşı keçirdikləri son oyunla müqayisədə sabahkı matçda heyətdə dəyişiklik ola biləcəyini bildirib: “Robert Mak qırmızı vərəqə aldığı üçün sabah meydana çıxa bilməyəcək. Ondan başqa da hansısa dəyişikliklər mümkündür. Bunu az sonra başlayacaq məşqdən sonra dəqiq biləcəyik. Hansısa futbolçu yorğun olsa, müəyyən əvəzləmələr ola bilər”.

O bildirib ki, Bakıda görüşlə müqayisədə yığmamızın oyununda müəyyən dəyişiklik var: “Bakıda keçirdiyimiz oyunla müqayisədə Azərbaycan millisinin çıxışında müəyyən dəyişikliklər olduğunu görünür. Biz görüşə ciddi yanaşmalı, maksimum gücümüzü ortaya qoymalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31