26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Rəvan” “İnter”lə oyuna hazırdı

Premyer Liqanın 4-cü turunda "Rəvan” doğma divarlar arasında "İnter” ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, bu gün keçiriləcək görüş öncəsi "Rəvan" "Bayıl stadionu”nda son məşqinə çıxıb. 1 saata yaxın davam edən məşqdə futbolçuların cari mövsüm axır ki ilk qələbəni qazanmaq üçün çox həvəslə çalışdığı hiss olunurdu. Baş məşqçi Vladislav Qədirovun tapşırıqlarını ürəklə yerinə yetirən komanda üzvləri taktiki-texniki çalışmalardan sonra asmalar və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işləyib. "Rəvan"ın heyətində Tofiq Mikayılovdan başqa zədəli, eləcə də heç bir cəzalı futbolçunun olmaması məşqçilər korpusunu sevindirməyə bilməz. Ötən oyunu cəza səbəbindən buraxmış Miloş Adamoviç artıq baş məşqçinin sərəncamındadır.


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30