9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Tomas Doll: “Sabah “Qarabağ”la oyundan sonra gülən mən olacam”

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti turunda rəqibi olan Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll mətbuat konfransı keçirib. Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda media önünə çıxan almaniyalı mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda fikirlərini bölüşüb.

- İki ay öncə bu masada əyləşmişdim. Bu müddətdə nələri dəyişməyimə gəlincə, son oyun bizim üçün final əhəmiyyəti daşıyırdı. Budəfəki də vacibdi. Xallara ehtiyacımız var. Nəyi etmək lazım olduğunu yaxşı bilirik. Sadəcə, taktikanı fikirləşməməli, ürəyimizi qoymalı, həvəslə oynamalıyıq ki, lazım olan nəticəni ala bilək. Son oyunda stadion səs-küylü idi, rəqibin azarkeş dəstəyi çox idi. Bu, futbolun gözəlliyidi. Ancaq işimizi bilirik və komandamız buna hazırdı ki, ona lazım olan xalları qazansın.

- Sizə sabahkı matçda başağrısı verəcək məqamlar hansıdı? Nədən çəkinirsiniz?

- Əvvəlcə, onu deyim ki, heç vaxt başım ağrımır. Oyunun əhəmiyyətini yaxşı bilirik. Gözəl hazırlaşmışıq. Avroliqada qrupda oynamaq hər bir klub üçün vacibdi. Mental olaraq hazırıq. Azarkeşlərimiz üçün də bu matç vacibdi. "Qarabağ"la qarşıdakı matçda yaxşı planımız olaraq işləməlidi. Təcrübəli futboçularımız var. Yaxşı performans göstərərək lazım olan nəticə qazanmalıyıq.

- Avqustdakı oyunöncəsi mətbuat konfransında çox şən idiniz. Bu dəfə isə fikirli görünürsünüz. Səbəb nədi?

- Uzun yol gəlmişik. Buna görə də bir az yorğunluq var. Ancaq oyunla bağlı əlaqəsi yoxdu. Narahat olmayın, sabah oyundan sonra gülən mən olacam.

- Sabahkı oyunda məğlubiyyətiniz APOEL üçün qrupda mübarizəni başa vurmaq demək olacaq, yoxsa fərqli düşünürsünüz?

- Ümumiyyətlə, heç bir oyuna başlamazdan əvvəl neqativ düşünmək olmaz. Bu, təkcə futbola aid deyil, həyatda da belə olmaq lazımdı. Futbol da həyatın bir hissəsidi. Meydana yalnız qələbəni düşünərək çıxmalıyıq. Tam hazırıq matça.

- Tomas De Visentenin yoxluğu komandanız üçün ciddi itkidi? Başqa zədəli futboçularınız var?

- Əlbəttə, bu, itkidi. Ancaq onu əvəz edəcək yaxşı futbolçularımız da var. Onlar da matça hazırdılar. Oyuna Tomas və hazırda komandamzıda olmayan digər futbolçularımız üçün də çıxacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31