19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Yurçeviç: “Macarlarla uğursuz statistikanı da qırmaq istəyərdim”

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah Macarıstan yığmasının qonağı olacaq milli komandamızın baş məşqçisi Nikola Yurçeviç mətbuat konfransı keçirib. Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis əvvəlcə sabahkı matçdan gözləntiləri barədə danışıb.

- Bizim üçün də, macarlar üçün də bu, vacib oyundu. Meydan sahibləri hələ də AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq şanslarını saxlayırlar. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Çünki Uels və Xorvatiyaya qarşı yaxşı futbol sərgilədik. Bəhreyndə ağır hava şəraitində oynasaq da, qalib gəldik. Macarıstana böyük hörmətlə yanaşırıq. Ancaq müəyyən səhvlərə görə, Xorvatiyada məğlub oldular. Baxmayaraq ki, 3 əsas futbolçumuz yoxdu, biz yenə də layiqli oyun göstərmək istəyirik.

-  Ardıcıl 5 oyunda qol vuran millimizin tarixinə düşmüsünüz. Sabah daha bir tarixə düşə bilərsiniz. İndiyədək macarlarla oyunlarda xal götürməmişik. Maraqlıdı, sabah qaldığınız oteldən hansı xatirəni götürəcəksiniz?

- Bu barədə hələ düşünməmişəm. Macar şərabı götürmək olar. Əlbəttə, yaxşı nəticə olsa. Bəli, qolları sıralamağımız xoşdu, ancaq macarlarla uğursuz statistikanı da qırmaq istəyərdim.

- Marko Rossi Qara Qarayev, Eddi İsrafilov, Riçard Almeyda və Ramil Şeydayevin timsalında millimizdəki hücum potensialının gücünü qabartdı. Bəs, siz bu siyahıya kimi əlavə edərdiniz?

- Bilirsiniz ki, Mahirsiz gəlmişik. Ümid edirəm bu siyahıya Ağabala Ramazanov da qoşulacaq.

- Zədəlilərdən söz düşmüşkən, Qara Qarayevin durumu nə yerdədi və digər zədə problemli futbolçumuz varmı? Eyni zamanda, Qara qayıtsa, kapitan sarğısı kimdə olacaq?

- Qaranın zədəsi var. Sabah o, oyuna çıxacaq və komandanı kapitan sarğısı ilə çıxaracaq. Pavel Paşayev də sıraya qayıdıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31