26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ”nin baş məşqçisi: “APOEL-i keçməyi hədəfləmişik”

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin ilk oyunları çərçivəsində keçirilən APOEL (Kipr) - “Qəbələ” matçından (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Famil Xəlilov qarşılaşma barədə fikirlərini açıqlayıb.

Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında o, 1:1-lik heç-heçə belə şərh edib:

“Səfər oyununda istəyimiz qol vurmaq idi. Futbolçuları təbrik edirəm. Sona qədər çox yaxşı mübarizə apardılar. Rəqib meydanında qol vurduq. Bu, bizim üstünlüyümüzdür. Səfərdə qol vurduğumuz üçün üstünlük bizim tərəfimizdədir. Lakin hər şey bitməyib. Qəbələdə daha yaxşı mübarizə aparmaq, mərhələ keçməyi hədəfləmişik. Komandamız matça bir az həyəcanlı başladı. Amma vaxt keçdikcə futbolçular uyğunlaşdı. Bir neçə qol imkanımız oldu. Lakin yararlana bilmədik. Mübarizəyə görə komandanı təbrik edirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30