26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

FİFA və UEFA nümayəndələri Bakıda

AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, iki gün davam edən görüşdə FİFA nümayəndəsi Stephanie Eichenberger, UEFA nümayəndəsi Massimilano Michenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Hakimlər Komitəsinin, PFL-in əməkdaşları, hakimlər, hüquq-mühafizə orqanlarının, Topaz Premyer Liqası və I Divizionda çıxış edən klubların nümayəndələrinin də qatıldığı görüşdə qonaqlar xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıblar.

FİFA və UEFA nümayəndələri müvafiq olaraq FİFA-nın və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30