9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla udardı"

"Arsenal" ön xətdə kompakt oynamadı, hücumlar xaotik alınırdı və nadir hallarda qapıya zərbə olurdu. Fasilə ərəfəsində buraxılan qol isə üzücü oldu". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri rusiyalı məşqçi Aleksandr Bubnov Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin Tula "Arsenal"ına səfərdə qalib gəldiyi (1:0) oyun haqda danışarkən deyib.

Veteran futbolçu yerli mətbuata açıqlamasında "Neftçi"nin daha üstün futbol sərgilədiyini bildirib: "Qonaqların əks-hücumu zamanı "Arsenal"ın müdafiəçiləri daha çox olurdu. Ancaq onlar rəqibin hücumçularını dayandıra bilmədilər. “Neftçi” hesabda önə keçdikdən sonra oyuna inamla nəzarət edir, özünü yaxşı qurulmuş komanda kimi aparırdı. "Neftçi"nin heyətində bir sıra texnikalı futbolçular var. Qapıçı Levaşov olmasaydı və bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi".

64 yaşlı mütəxəssis "Neftçi"nin cavab matçında da favorit olacağını əlavə edib: "Cavab görüşü öncəsi Azərbaycan komandası aşkar favorit görünür. “Arsenal”ın növbəti mərhələyə keçməsi asan olmayacaq. Amma bu, imkansız deyil. Əgər səfərdə erkən qol vurub, əks-hücumlarda dəqiq oynayıb, standart vəziyyətlərdən istifadə edilsə, hər şey mümkündür. 0:1 sürüşkən hesabdır”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də Bakıda, "Bakcell Arena"da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31