9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Neftçi" ilə oynamaq xüsusi hadisədir”

"Futbolçular sabah kimin start heyətində meydana çıxacağını bilmir. Mənim isə ilk 11-liklə bağlı müəyyən fikirlərim var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Tula "Arsenal"ının baş məşqçisi İqor Çerevçenko deyib.

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Neftçi" ilə ilk oyunu öncəsi təşkil olunan mətbuat konfransında danışan mütəxəssis çətin olacağını bildirib:

"Neftçi" yaxşı komandadır. Əvvəlki mərhələdə Moldova "Sperantsa"sına 6 qol vurublar. Hər il avrokuboklarda mübarizə aparırlar. Artıq hamı futbol oynamağı bacarır. Bizim üçün "Neftçi" ilə oynamaq xüsusi hadisədir. Ancaq Avropa Liqasının qrupuna düşmək üçün çox çalışmaq lazımdır. Bu, bizim hədəfimizdir".

Qeyd edək ki, sabah keçiriləcək "Arsenal" - "Neftçi" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31