19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“I Əkinçi kuboku” turnirinin qalibi “BAKI 2019” oldu

“Azfar Group”un təşkilati dəstəyi, “4çarx Təkər Mərkəzi”nin təşkilatçılığı, “Mammedoff Group”un baş sponsorluğu, “İrşad Elektroniksi”n sponsorluğu ilə jurnalistləri arasında Milli Mətbuatın yaradılmasının 144 illiyinə həsr olunmuş mini-futbol üzrə “I Əkinçi kuboku” turniri sona çatıb.

12 komandanın iştirakı ilə keçirilən yarış olimpiya sistemi ilə təşkil olunub. İyulun 6-sı start götürən turnirdə Azərbaycan televiziyalarını, radiolarını, informasiya agentliklərini, qəzetləri və xəbər portallarını təmsil edən komandalar mübarizə aparıb. “TreMidAz”, “İki sahil”, “Real TV”, “Arb TV”, “Xəzər”, “İnternasional”, APA, İTV, “İdman Azərbaycan”, “BAKI 2019” və “Müsavat” komandaları qalibiyyət uğrunda mübarizə aparıblar.

Gərgin keçən ilk oyunlardan sonra növbəti mərhələyə 6 komanda - “İki sahil”, “İnternasional”, “BAKI 2019”, “İdman Azərbaycan”, “İTV” və “Müsavat” qəzetinin komandası yüksəlib. Bu mərhələdə rəqiblərini üstələyən “İnternasional”, “İdman Azərbaycan” və “Bakı 2019” həlledici mərhələyə vəsiqə qazanıblar.

Bu mərhələdə hər iki oyunu uduzan “İnternasional” üçüncü olub. Bu komandaya qalib gələn “BAKI 2019” və “İdman Azərbaycan”ın görüşündə çempionun adı müəyyənləşib. “BAKI 2019”a qalib olmaq üçün heç-heçə də kifayət edirdi. Lakin komanda turnirdə keçirdiyi dördüncü görüşü də qələbə ilə başa vurub. 6:3 hesabı ilə qalib gələn “BAKI 2019” “I Əkinçi kuboku”nun çempionu kimi tarixə düşüb.

Final matçından sonra turnirin mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə çıxış edən turnirin layihə rəhbəri Xəyal İbrahimzadə iştirakçılara təşəkkürünü bildirib.

Çıxışlardan sonra ilk olaraq III yerin sahibləri hədiyyələrini əldə ediblər. Belə ki, “4 çarx Təkər Mərkəzi”ndən 10 fazilik endirim kartı, Nizami Kino Mərkəzindən isə iki nəfərlik kinoya bilət əldə ediblər.

I və II yerin sahiblərinə isə “İrşad Elektroniks”dən “Honor band”lar və müvafiq olaraq 4 çarxdan 15 və 20 faizlik endirim kartı verilib. Eləcə də komandalara baş sponsor tərəfindən enerji içkiləri hədiyyə edilib. Sonda “BAKI 2019”un kapitanı İbrahim Cəfərova çempionluq kuboku təqdim olunub.

Qeyd edək ki, turnirin “ən yaxşı qapıçısı” “İdman Azərbaycan”dan Ramiz Mirzəzadə seçilib. Yarışın bombardiri isə 18 qolla “BAKI 2019”un vuran ayağı Elnur Əşrəfoğlu olub.

Qeyd edək ki, təşkilatçılar gələn ilin aprelində “II Əkinci Kuboku”nu keçirməyi planlaşdırırlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31