9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Məşqçimiz "Qarabağ"ın oyununu canlı izləyib"

"Son günlər yaxşı məşqlər keçirdik. Bazar günü "Qarabağ"ın oyununu təhlil etdik. Bunu davam etdirəcəyik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dundalk"ın  yarımmüdafiəçisi Ceymi MakQret deyib.
 
İrlandiya millisinin üzvü klubun rəsmu saytına açıqlamasında Ağdam təmsilçisi haqda müsbət fikirlər bildirib: "Qarabağ" çox yüksək səviyyəli komandadır. Ancaq meydana çıxmamış heç nə bilmək olmaz. Məşqçimiz "Qarabağ"ın oyununu bir neçə dəfə canlı izləyib. Ona görə də rəqibimiz haqda kifayət qədər məlumatlıyıq.
 
Bizimlə Latviyaya gedən azarkeşlər möhtəşəm idi. Əla azarkeş dəstəyimizin olduğunu gördük. Bu bizə psixoloji üstünlük verir və qarşıdakı oyuna yaxşı əhvalda hazırlaşırıq". MakQret  əsas məqsədlərinin qol buraxmamaq olduğunu əlavə edib: "Təbii ki, ilk görüşdə qol buraxmamaq əsas şərtdir. Gördüyünüz kimi, bizdə belə bir problem yoxdur. "Riqa" ilə hər iki görüşdə qapımızı toxunulmaz saxladıq. Bu oyunlardakı ssenarinin yenidən təkrarlanmasının əleyhinə deyiləm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31