19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Partizani"nin müdafiəçisi: "Biz "Kukesi"nin aqibətini yaşamayacağıq"

"Partizani"nin müdafiəçisi Eqzon Belitsa Albaniya mətbuatına müsahibə verib.

- İlk oyunla müqayisədə Bakıya optimal heyətlə getdiyinizi düşünmək olar?

- Heç kim "Partizani"nin "Qarabağ"la ilk oyunda bu cür təsir bağışlayacağını gözləmirdi. Düşünürəm ki, yaxşı oyun göstərdik. Fikrimcə, nəticə də qənaətbəxşdir. Bəlkə də müdafiədə çox oturduq. Ancaq bu, "Qarabağ" kimi güclü komandanın qarşısında tab gətirmək üçün yeganə variant idi. Bakıya da yaxşı nəticə dalınca gəlmişik. Mərhələni keçmək üçün son ana kimi bacardığımız qədər mübarizə aparacağıq.

- Tiranadakı matçda qol vurmağınıza nə mane oldu?

- Bilirsiniz, nəticə təsadüfi deyil. Məşqlərdə standart vəziyyətlər zamanı bu zərbələrin üzərində işləyirik. Sloveniyadakı yoxlama oyunları, eləcə də "Qarabağ"la matçda bunu yoxladıq. Cavab görüşündə də bu cür zərbələrdən istifadə edəcəyik. Ümid edirəm ki, bu dəfə dirəklər bizə mane olmayacaq.

- Ötən mövsüm evdə "Qarabağ"la 0:0 oynayıb, Bakıda 0:3 hesabı ilə uduzan "Kukesi"nin aqibətini yaşamaqdan qorxmursunuz?

- Biz öz oyunumuzu göstərib, meydanda maksimum gücümüzü ortaya qoymağa çalşacağıq. "Kukesi" Bakıda 0:3 uduzmuşdu. İnanıram ki, biz onların aqibətini yaşamayacağıq. Bura özümüzü göstərmək üçün gəlmişik.

- İlk matçdakı kimi ehtiyatlı oynayacaqsınız, yoxsa bu dəfə daha cəsarətli olacaqsınız?

- Düşünürəm ki, sabahkı oyunda daha diqqətli olacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31