19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ”nin qapıçısı: “Bunu “Dinamo” ilə oyunlarda da görsək...”

“Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlığını Türkiyədə davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar”ın təcrübəli qapıçısı Anar Nəzirov Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı barədə fikirlərini gabalafc.az-a açıqlayıb:

“Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub. Hazırlıq prosesi əla ab-havada keçir. Bu da hər kəsi sevindirir. Artıq iki yoxlama oyununda qüvvəmizi sınamışıq. Hər iki görüşdə Avropa Liqası təcrübəsinə malik, yaxşı komplektləşmiş Ukrayna klubları ilə üz-üzə gəlmişik. “Mariupol”a qalib gəlib, “Vorskla”ya uduzsaq da, komandanın istəkli olması, döyüşkənliyi sevindiricidir”.

Nəzirov “Qəbələ”də heyətin yenidən formalaşması haqda fikirlərini də bölüşüb: “Komanda yenidən formalaşır. Bu prosesdə əsasən klubun öz akademiyasının yetirmələrinə üstünlük verməyə çalışılır. Əlbəttə, heyətdə bir neçə təcrübəli futbolçu və legionerlər də yer alıb. Hər futbolçu məşqçilərin tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirməyə çalışır. Məşqlərdə səylə hazırlıq keçməklərindən hiss olunur ki, hər kəs məsuliyyəti yaxşı başa düşür. Buna görə də hamı etimadı doğrultmağa çalışır. Əgər belə istək, həvəslə davam edəriksə, komanda adına yaxşı işlər görə bilərik”.

Qolkiper Avropa Liqasının II təsnifat mərhələsi haqda da danışıb: “Böyük ehtimalla Tbilisi “Dinamo”su ilə qarşılaşacağıq. Toplanış zamanı şahid olduğumuz istək, özünəinam və mübarizəni Gürcüstan klubu ilə görüşlərdə də görsək, istədiyimiz nəticələrə nail ola bilərik. Heyət yeni formalaşmaqda olduğu üçün bu üç amil daha çox lazımdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31