27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Partizani"nin baş məşqçisi: "Arzuladığım komanda yox idi"

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a rəqib olan Albaniyanın "Partizani" klubunun baş məşqçisi Franko Lerda püşkü dəyərləndirib.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komandanı ilk dəfə məşqə çıxaran italiyalı mütəxəssis uğura ümid etdiyini deyib:
 
"Komanda ilə ilk günümü keçirdim. Çox vacib toplanış oldu, futbolçuları görməyim yaxşı oldu. Yaxşılaşmaq və böyümək istəyən kollektiv görmək məni məmnun etdi. Bundan əlavə, yaxşı xüsusiyyətlərə malik olan və yaxşı işlər görməyə ümid verən kollektivimiz var.
 
Püşkatmada arzuladığım komanda yox idi. Püşkdən sonra həmişə fərqli müzakirələr olur. Biz özümüzü düşünməli, hər vəziyyətə hazırlıqlı olmalıyıq və turu keçməyə əmin olmalıyıq. Yaxşı vəziyyətdə olacağımıza inanırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30