9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Rəqiblərdən ən güclüsü bizə düşdü"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı mütəxəssis Rumıniya təmsilçisi “Universitatya Krayova” ilə düşmələri ilə bağlı deyib:
 
“Görünən odur ki, püşkdə daha münasib komandalar olsa da, potensial rəqiblərdən ən güclüsü bizə düşdü. Ancaq layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz futbolçuları hər iki oyuna daha yaxşı hazırlamaqdır. Rəqibimiz köklü komandadır. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Hətta onlardan bir neçəsini tanıyıram. Transfer pəncərəsində menecerlər tərəfindən təklif olunanlar arasında rəqibin heyətində olan futbolçular da var. Çətin rəqib olsa da, pozitiv düşünürük. Məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31