9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

UEFA “Neftçi”nin ilk oyununun yerini dəyişdi

Avroliqanın birinci təsnifat mərhələsində “Neftçi”nin ilk oyununun yeri dəyişdirilib.

Futbolxeber.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən, Bakı klubu Moldova təmsilçisi “Speranta”nı iyulun 11-də Bakıda qəbul etməliydi. Lakin UEFA bu oyunun yerini dəyişib.

Qərara əsasən, “Neftçi” ilk oyununu evdə deyil, səfərdə keçirəcək. Buna səbəb Moldovanın 2 klubu - “Speranta” və “Petrokuba”nın Avroliqadakı ev oyunlarını eyni stadionda - Kişinyovdakı “Zimbru” stadionunda keçirməsidir. Püşkün nəticəsinə əsasən, hər iki Moldova təmsilçisi ilk görüşünü səfərdə, cavab matçını isə Kişinyovda keçirməliydi. Bir gündə hansısa stadionda 2 avrokubok matçının keçirilməsi qeyri-mümkün olduğundan, iyulun 11-də “Neftçi” səfərdə meydana çıxacaq.

Qeyd edək ki, cavab görüşü iyulun 18-də “Bakcell Arena”da keçiriləcək.  

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31