19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Speranta”nın prezidenti: “Neftçi”yə rəqib olmağı istəmirdik” (MÜSAHİBƏ)

“BORDİN HAQDA ANCAQ MÜSBƏT FİKİRLƏR SƏSLƏNDİRƏ BİLƏRƏM”

Avroliqanın I təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Moldovanın “Speranta” klubunun prezidenti Petru Efros Futbolxeber.az saytına eksklüziv müsahibə verib.

- Püşkün nəticəsinə əsasən komandanız Avroliqanın ilk təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq. Əvvəlcə püşkatmaya münasibətinizi öyrənmək istərdik.

- “Neftçi” bizim üçün heç də ən yaxşı variant deyil. Bu komandaya rəqib olmağı istəməzdik. Düşünürük ki, “Neftçi” yaxşı komandadır. Hər halda, püşkdən öncə bizim üçün daha yaxşı variantlar da mövcud idi. Amma indi nəyisə dəyişmək olmaz. Oynayacağıq. Hər halda püşkün nəticəsindən imtina etdə bimərik.

- Püşkatmadan artıq bir neçə saat keçib. Geridə qalan müddətdə “Neftçi” haqda hansı məlumatları əldə etmisiz?

- Azərbaycan futbolu haqda məlumatlarım çoxdur. Çünki daha əvvəl uzun illər menecerliklə məşğul olmuşam. Ona görə də sizin futbol mənə yad deyil. Ümumi vəziyyəti bilirəm. Sırf “Neftçi” haqda məlumatları isə baş məşqçimiz toplayacaq.

- FİFA meneceri olduğunuzu qeyd etdiniz. Hansı futbolçuların Azərbaycana gəlişində vasitəçilik etmisiniz?

- “Xəzər Lənkəran”la yaxşı münasibətlərimiz var idi. Oparanın, Kolenkovun bu kluba keçidində rol oynamışam. Bundan başqa, digər müştərim Çesnauski də vaxtı ilə “Bakı”da oynayıb. Özüm də Bakıda bir neçə dəfə olmuşam.

- Adını çəkdiyiniz hər iki klub daha fəaliyyət göstərmir.

- Bəli, buna təəssüflənirəm. Həm “Xəzər Lənkəran”ın, həm də “Bakı”nın yaxşı imkanları var idi. O cür klubların dağılması Azərbaycan futbolu adına yaxşı hal deyil.

- Azərbaycan klubları kimi, yəqin ki, “Neftçi”nin baş məşqçisini Roberto Bordini də yaxşı tanıyırsınız.

- Əlbəttə. “Şerif”də çalışıb. Komandamıza qarşı bir neçə dəfə mübarizə aparıb. Yenidən Bordinlə üz-üzə gəlmək maraqlı olacaq.

- Bordinin rəhbərliyi altında “Neftçi” sona yaxın çempionluğu əldən verdi və bu nəticə narazılıqla qarşılandı. Siz təcrübəli futbol adamı kimi italiyalı mütəxəssisi necə xaraterizə edərdiniz?

- Bordini işini bilir. O, kifayət qədər təcrübəli məşqçidir. Onun haqda yalnız müsbət fikirlər səsləndirə bilərəm. Üstəlik, Bordini “Şerif”dən heç kim qovmayıb. O, öz istəyi ilə komandadan ayrılıb.

- Bordinin Moldova futboluna yaxından bələd olmasını “Neftçi” üçün üstünlük hesab etmək olar?

- Bəli, Bordin bizim klub yaxşı tanıyır. Amma dediyim kimi, biz də Azərbaycan futbolu barədə məlumatlıyıq.

- Qeyd etdiyiniz oyunçuların Azərbaycana gəlişindən xeyli müddət keçib. Geridə qalan müddətdə Azərbaycan klubları ilə əməkdaşlıq etməməyinizə səbəb nədir?

- Artıq bir neçə ildir ki, bütün fəaliyyətim “Speranta” ilə bağlıdır. Bu komandanı 3-cü diviziondan ikinciyə, daha sonra isə yüksək liqaya çıxardıq. Bu mövsüm də nəhayət ki, avrokuboklara vəsiqə qazandıq.

- Avrokuboklardakı debütunuz “Neftçi” ilə olacaq. Hazırkı məqamda şanslar necədir?

- Şanslar 50-nin 50-yədir. “Neftçi” nə qədər güclü olsa da, şansları bərabər sayıram. Komandamızın nəyə qadir olduğunu meydanda görəcəksiniz.

- Adətən ilk oyunu səfərdə keçirmək üstünlük sayılır...

- Bizim ilk oyunu Bakıda keçirəcəyimiz dəqiq deyil. Çünki bizim kimi, Avroliqadakı digər Moldova klubu da ev oyununu “Zimbru”nun stadioninda keçirir. Buna görə də ilk matçın Bakıda, yoxsa Kişinyova keçiriləcəyinə sabah səhər qərar veriləcək.

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31