19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Əfranın həqiqətləri... Ramilin üzrü...

Slovakiyadan alınan biabırçı məğlubiyyətlə bağlı söz-söhbət bitmək bilmir. Son 36 saat ərzində istər sosial şəbəkələrdə, istər futbol ictimaiyyəti, istərsə də sıravi azarkeşlər arasında millinin məğlubiyyəti geniş müzakirə olunur. İlk dəfə deyil ki öz meydanımızda, yaxud böyükhesabla uduzuruq. Millimizin bundan da biabırçı yenilgiləri olub. Məsələnin kökündə futbolçuların meydanda can qoymaması, mübarizə aparmaması dayanır. Ramil Şeydayev istisna olmaqla, digərləri sanki əvvəldən rəqibdən qorxub, meydana məğlub qismində çıxmışdılar.

Görün vəziyyət nə həddə çatıb ki, yığmanın sabiq üzvü, son olaraq “Sumqayıt”da forma geyən Əfran İsmayılov da dilə gəlib. İsmayılovun dünən qol.az-a müsahibəsindən sitat: “Çox acınacaqlı məğlubiyyət oldu. Ən üzücü məqam odur ki, çox həvəssiz məğlub oldular. Biri var, oynayıb uduzasan, bir də var ki, bu formada. Məsələn, biz Almaniyaya uduzanda bu qədər üzülməmişdik. Birinci hissədə hesab 1:1 idi. İkinci hissənin ortalarından etibarən biz çatdırmadıq, almanlar 3 qol vurub, 4:1 uddular. Dünən isə elə oldu ki, sanki heç futbol oynamadıq. Yalnız Ramil idi, o yan-bu yana qaçdı, özünü öldürdü. Sonda də bəhrəsini gördü, qolunu vurdu. Başqa qeyri-adi bir şey olmadı. Rəqib elə gülünc qollar vurdu ki... Ona görə deyirəm ki, acınacaqlı məğlubiyyət oldu. Həmişə uduzmaq olar. Amma belə məğlub olmaq çox üzücüdür”.

Futbolçularımızın ustalıq səviyyəsinin aşağı olması sirr deyil. Ustalıq baxımıdan macarlardan da, slovaklardan da geri qalırıq. Amma ustalıq baxımından rəqibdən geri qalsan da, mübarizə əzminlə, əzmkarlığınla rəqiblə arandakı fərqi sığortalaya bilərsən. Gəl ki, Slovakiya ilə oyunda mübarizə görmədik. Ramil istisna olmaqla, digərləri ancaq gəzməklə məşğul idilər. Bədavi, Maksim, Krivotsyuk arxa xətdə etibarlı deyildilər, məcburiyyətdən heyətdə yer alan Şəhriyar Rəhimovla, ustalıq səviyyəsi aşağı olan Rəşad Eyubovda bundan artığını gözləməyə dəyməz. Qara zəif oynadı, Almeyda Qazaxıstandan qayıdandan sonra onsuz da yerlilərdən seçilmir. Arazın əsas dərdi “Qarabağ”da “9”u “7”yə dəyişmək idi. Eləcə də sonradan meydana daxil olan, sonra zamanlar oyunu ilə deyil, soyad dəyişikliyi ilə gündəmdə olan Mahir də digərlərinin bir tayı. Adını çəkdiklərimiz həmin gün meydanda deyildilər. Şeydayevin əzmkarlığının heç olmasa 50 faizi onlarda olsaydı, millinin məğlubiyyəti bu dərəcədə acınacaqlı olmazdı.

Şeydayev təkcə meydandakı oyunu ilə seçilmir. “Krılya Sovetov”un hücumçusu həm də özündə cəsarət taparaq acınacaqlı məğlubiyyətə görə üzr istədi. Əslində, hələ oyundan sonra canlı yayımda CBC Sportun şərhçisi Rüstəm Əfsərlinin də dediyi kimi, Ramilin üzr istəməsinə ehtiyac yox idi. Üzr istəməli olanlar meydanda biabırçı oyun göstərən komanda yoldaşları, yığmanın məşqçilər korpusu idi. Amma dünən Şeydayev sosial şəbəkə vasitəsi ilə azarkeşlərdən üzr istədi. Bəs digərləri hardadırlar? Biabırçı məğlubiyyətə görə üzrxahlıq etmək üçün də ustalıq səviyyəsi olmalıdı? Bildiyim qədəri ilə oyundan sonra futbolçulardan yalnız Şəhriyar Rəhimov jurnalistlərə açıqlamasında məğlubiyyətə görə üzr istəyib. Bəs digərləri niyə susurlar? Nə mətbuatda, nə də sosial şəbəkədə qarşımıza belə şey çıxmayıb. Məsələn, sosial şəbəkədə kifayət qədər fəal olan Mahir Əmrəli son paylaşımını 4 gün əvvəl edib. Slovakiya ilə oyundan sonra fotolarnı paylaşan hücumçu fanatlara təşəkkür edib. Slovakiya ilə oyundan sonra azarkeşə təşəkkür etmək, üzr istəmək bu qədərmi çətin idi?

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31