19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Rauf Əliyev: "Qəbələ"nin tarixinə adımı yazdırdığıma görə çox sevinirəm"

"Qəbələ"nin hücumçusu Rauf Əliyev Azərbaycan kubokunu qazandıqları matçdan sonra  Naxçıvana ezam olunmuş jurnalistlərə müsahibə verib. O, əvvəlcə təəssüratlarını bölüşüb.

- Əlbəttə, böyük sevinc hissləri keçirirəm. "Qəbələ"nin tarixində ilk kuboku qazandıq. Klubumuz neçə illərdi buna yaxın idi, ancaq qazana bilməmişdi. "Qəbələ"nin tarixinə adımı yazdırdığıma görə çox sevinirəm. Bu gün son şansımız idi. Həm kuboku qazanmaq, həm də bununla avrokuboklara vəsiqə qazanmaq baxımından. Bunu bacardıq. Bir daha komandanın bütün üzvləri, hər kəsi təbrik edirəm.

- Oyun necə keçdi? Erkən qol vurmağınız hesabı qorumaq baxımından işinizi çətinləşdirmədi?

- Böyük hesabla qalib gələ bilərdik. Əsasən ilk hissədə 2-3 yaxşı qol epizodumuz vardı. İkinci hissədə özüm fərqlənə bilərdim. Amma alınmadı. İlk qol bəlkə bizim üçün çox yararlı oldu ki, başlayan kimi üstünlük qazandıq. "Sumqayıt" hələ özünə gəlməmişdi. Havaya baxanda çətin oyun gedirdi. Meydançanın da bəzi yerləri bizə çətinlik yaradırdı. Top qalxırdı, ağırlıq vardı. Ancaq əsas odur ki, sonda qələbə qazandıq. hər şey istədiyimiz kimi oldu.

- Oyunun şərtləri əvvəldən sizin üçün çətin başladı. Bir tərəfdən cəzalılar, xəstələnən Ceyms Adeyinin olmaması, oyunun startına çox az qalmış isə məlum oldu ki, Dmitri Bezotosnı zədələnərək oynamayacaq Bu, psixoloji cəhətdən sizə təsir etmədi?

- Hər şeyə hazır idik, çünki çempionat gedə-gedə də hardasa bu oyuna hazırlaşırdıq. Bilirdik ki, bizim üçün hər şey bu matçdan asılıdır. İtkilərimiz oldu. Ancaq şükür Alllaha ki, onların yerlərində oynayanlar etimadı layqincə doğrultdular. Bugünkü gündə əsas məqsəd kuboku qazanmaq idi, onun da öhdəsindən gəldik. Hər şey əladır.

- Oyunun sonunda özün də zədələndin, hətta başın sarındı...

- Vurğun Hüseynovla hava mübarizəsi başım partladı. Bu, futboldur, olur belə şeylər. Nə edim...

- Kuboku qazanmasınız, indi sevinirsiniz. Bəs, bundan sonrasını düşünsünüz? O mənada klubda müəyyən problemlər var, gələcək taleyi sual altındadı...

- O dərəcədə ciddi problemlər heç vaxt hiss etməmişdik. Həmişə bizə deyilirdi ki, oyunlara hazırlaşın, hər şey yolundadır. Biz də heç nəyə fikir vermədən hər qarşılaşmada oynamışıq. Artıq bundan sonra necə olacağını zamanı gələndə görəcəyik.

- "Qəbələ"ylə müqavilən bitir. Təkiflərin var?

- Bəli.

- Klubdan, yoxsa başqa yerlərdən?

- Başqa təkiflərim var. Hər şey qarşıdakı günlərdə - istirahət vaxtı bilinəcək (sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31