9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Sumqayıt”ın finalda oynaması özü bir uğur idi”

Azərbaycan Kubokunun final qarşılaşmasında “Qəbələ”yə 0:1 məğlub olaraq titul qazanmaq şansını qaçıran “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb:

- Finalın mahiyyətini dərk edirdik. Həftəboyu çalışdım uşaqlar soyuqqanlı olsunlar. Təəssüf ki, ilk 15 dəqiqədə həyəcanlı idik. Qol buraxdıqdan sonra toparlanmağa çalışdıq. Nələrəsə nail olmaq istəyirdik. “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi. Avropaya getmək üçün daha çox iş görmək lazımdı. Yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəm və hər şeyə aydınlıq gələcək.

- Komandanızdakı inamsızlıq nədən qaynaqlanırdı?

- Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi. Final həyəcanı ən adlı-sanlı klublarda olur. Təəssüf ki, bacarmadıq.

- Qeyd etdiniz ki, gedə də bilərsiniz. Hansı ehtimal daha yüksəkdi, getmək, yoxsa qalmaq?

- Yəqin ki, gedəcəyəm.

- “Qəbələ” kuboku haqq etdimi?

- Final tək oyundu. “Qəbələ” də Kuboku qazanmaq istəyirdi, biz də. Desəm ki, layiq deyildilər, ədalətsizlik olar ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31