19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Sumqayıt" baş məşqçisiz qalır

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov komandadan ayrılır.

Futbolxeber.az saytının məlumatına görə, bunu çalışdırıcı özü Azərbaycan kubokunun finalında “Qəbələ”yə uduzduqları oyundan (0:1) sonra “CBC Sport”a açıqlamasında deyib.

 “Kuboku qazansaq da, iki gün sonra klub rəhbərliyi ilə görüşüm olacaqdı. Yəqin ki, bu, mənim komanda ilə son oyunum idi” - deyə o qeyd edib.

Abbasov “Sumqayıt”ın Avroliqada çıxış etməyə hazır olmadığını da əlavə edib: "İndiki halda komanda buna hazır deyil. Bunun üçün bir qədər inkişaf etmək lazımdır".

Qeyd edək ki, A.Abbasov ötən ilin noyabr ayından "Sumqayıt"ı çalışdırırdı. Onun komanda Azərbaycan Premyer Liqasında mövsümü 29 xalla 6-cı pillədə başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31