26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Azərbaycanlı məşqçi: "Bir də eşidəcəksiz ki, özümü asmışam"

Bir vaxtlar Azərbaycanın ən məşhur məşqçilərindən olan Zakir Mahmudov çətin günlər yaşayır.

Uzun müddətdir işsizlikdən əziyyət çəkən mütəxəssis "Futbol+” qəzetinin əməkdaşıyla söhbətində bildirib ki, buna görə evini satmağa məcbur olub:

"Evimi satıb, kirayədə qalıram. Hazırda elə vəziyyətdəyəm ki, heç kirayə pulunu da ödəyə bilmirəm. Həyat yoldaşım xəstədi, işləyə bilmir. Əlimdəki pulları verib, Sumqayıtda "Karvan” Ticarət Mərkəzində dükan almışdım. Orda yanğın oldu, dükanım içi dolu malla yanıb kül oldu. Bütün pullarım batdı.

Görün nə günə düşmüşəm ki, gecələr metal yığıb satıram, onunla çörəkpulumu çıxarıram. "Neftçi” öz veteranlarına sahib çıxır, amma Sumqayıtda biz yaşlı futbol adamlarıyla maraqlanan yoxdu. Mənə heç olmasa 200-250 manatlıq bir iş versinlər,daxmamım kirayə pulunu çıxarım, çöldə qalmayım. Buna layiq deyiləm?

Vallah, belə yaşamaqdan ölmək yaxşıdı. Bir də eşidəcəksiz ki, Zakir Mahmudov özünü asdı. Artıq yarım addım qalıb...”

Qeyd edək ki, vaxtı ilə "Şəmkir"də Ağasəlim Mircavadovun köməkçisi olan Z.Mahmudov "Karvan” UEFA kubokunda mərhələ adlayarkən də orada eyni vəzifədə çalışırdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30