27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Emin Mahmudov: “Bizim üçün hər oyunda qalib gəlmək vacibdir”

"Oyunumuz yaxşı alındı. Məncə, "Səbail"lə olduğu kimi oynadıq, sadəcə, həmin görüşdə bəxtimiz gətirməmişdi. Keçən həftə təhlükəli hücumları qola, üstünlüyümüzü qələbəyə çevirə bilməmişdik, bu gün isə çevirdik".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov klubun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqanın 19-cu turunda dünən "Sabah" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edən təcrübəli yarımmüdafiəçi artıq xal itirmək limitinin dolduğunu söyləyib: "Bizim üçün hər oyunda qalib gəlmək vacibdir. "Səbail”lə "Zirə”ni də məğlub etməliydik. Çox şadam ki, nəhayət, qalib gəldik. Artıq xal itirməyə haqqımız yoxdur. İnanıram ki, qələbənin ardı gələcək”.

Mahmudov "Sabah"ın qapısına vurduğu baxımlı qoldan da danışıb: "Təbii ki, "doqquzluğ”u boş görüb oranı nişan aldığımı deyə bilmərəm. Yaxşı zərbə endirmək üçün uyğun vəziyyət idi. Əsas yaxın küncə düşmək lazım idi, amma çox yaxşı zərbə alındı və top qapıya "doqquzluq”dan daxil oldu".

Kapitan sonda azarkeşlərə təşəkkür edib: "Son oyunlardakı uğursuz nəticələrə baxmayaraq, azarkeşlərimizin bu gün də bizi dəstəkləməyə davam etməsi çox gözəldir. Buna görə onlara minnətdaram".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30