19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Macarıstan klubu ilə ilk dəfə oynayacaqlar

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” Macarıstan təmsilçisi ilə ilə dəfə yoxlama oyunu keçirəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, “qartallar” Macarıstanın “Pakş” klubu ilə üz-üzə gələcək. Bu, komandamızın adıçəkilən ölkə təmsilçiləri ilə ilk dueli olacaq. “Zirə” indiyədək Macarıstan klubları ilə nə rəsmi, nə də yoxlama oyunlarında görüşüb.  Türkiyədəki toplanışlar çərçivəsində ümumilikdə 20, xarici klublarla 19 dəfə üz-üzə gələn paytaxt təmsilçisi indiyədək 10 ölkədən olan komanda ilə yoxlama oyunu keçirib. Macarıstan bu siyahıda 11-ci ölkə olacaq. Bunadək “Zirə” Gürcüstan, Qazaxıstan, Rumıniya, Almaniya, Qırğızıstan, Bolqarıstan, Kamerun, Rusiya, İran və Qətər təmsilçiləri ilə hazırlıq matçına çıxıb.
 
“Pakş” ilə qarşılaşma Türkiyədə keçirilən 20-ci beynəlxalq yoldaşlıq görüşüdür. Əvvəlki 19 matçda 8 qələbə qazanan “Qartallar” 4 heç-heçə edib və 7 dəfə uduzub. Rəqib qapılarından 24 top keçirən futbolçularımız 18 top buraxıb.
 
1952-ci ildə yaradılan “Pakş”ın ölkə çempionatında ən yaxşı nəticəsi 2010/11 mövsümündə qazanılan gümüş medaldır. Həmin mövsüm komanda Macarıstan Liqa kubokunun qalibi olub. 2009/10 mövsümündə isə bu yarışın final oyununda uduzub. Ötən mövsüm çempionatı 7-ci pillədə başa vuran Paksi şəhərinin eyniadlı təmsilçisi cari birincilikdə qış fasiləsinə 8-ci pillədə yollanıb.
 
Qeyd edək ki, “Zirə” Antalyadakı ilk yoxlama oyununda Rumıniya təmsilçisi “Voluntari”yə 1:0 hesabı ilə qalib gəlib. "Pakş"la görüş Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31