19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Namiq Ələsgərov: "Oyundan yaxşı məşq yoxdur"

"Neftçi”nin yarımüdafiəçisi Namik Ələskərov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, Antalyadakı təlim-məşq toplanışını dəyərləndirən futbolçu azarkeşlərə də səslənib.
 
- "Neftçi”nin Antalya toplanışı necə davam edir? Əsas diqqət nəyə yetirilib? Məşqlər hansı rejimdə keçirilir?
 
- Toplanışın böyük hissəsi geridə qalıb. Hər şey plan üzrə gedir. Gündə iki dəfə məşqə çıxırıq. Həm fiziki, həm də taktiki-texniki planda çalışırıq.
 
- Yoxlama oyunu demişkən, ilk görüşdə Rumıniyanın "Qaz Metan” klubunu məğlub etdiniz...
 
- Oyundan yaxşı məşq yoxdur. Sınaq matçı olsa belə. "Qaz Metan”a qarşı yaxşı komanda oyunu göstərdik. Yoxlama görüşlərində nəticə önəmli olmasa da, qalib gəlmək həmişə xoşdur. İki gündən sonra daha güclü komanda – Çexiya "Slovan”ı ilə qarşılaşacağıq.
 
- Sizcə, komanda çempionatın ikinci hissəsi başlayanadək tam hazır olacaq?
 
- Toplanışın sonuna bir neçə gün qalıb. Baş məşqçi məşqlərin və yoxlama oyunlarının hesabına ilin ilk oyununadək bizi tam hazırlamağa çalışır. Biz futbolçular da əlimizdən gələni edirik ki, çempionatın ikinci hissəsinə həm fiziki, həm də psixoloji baxımdan hazır olaq. Qarşıda iki yoxlama görüşümüz var. Hesab edirəm ki, həmin oyunlardan sonra tam hazır olacağıq.
 
- Azarkeşlərimiz çempionatın ikinci hissəsinin startını səbirsizliklə gözləyirlər. Onlara nə çatdırmaq istərdin?
 
- Türkiyədə olsaq da, bundan xəbərdarıq. Çempionatın lideri olmağımızda azarkeşlərimizin əməyi böyükdür. Ümid edirəm ki, onlar çempionatın ikinci hissəsində də bizə dəstək verəcəklər. Qarşıda bizi çox çətin yol gözləyir. Onların dəstəyi bizim üçün çox önəmlidir. "Uypeşt”lə oyunda zədələnəndə azarkeşlərimizin məni necə dəstəklədikləri yaxşı yadımdadır. Buna görə də azarkeşlərin dəstəyi hər bir futbolçu üçün çox vacibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31