19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Millimizin üzvü: "Qrupda birinci yeri tuta bilərik"

Futzal üzrə yığma komandamızın aparıcı yerli oyunçularından olan Xətai Bağırov Futbolxeber.az saytına müsahibə verib:

- Azərbaycan millisinin bir rəqibi dəqiqləşib. Slovakiya ilə yanaşı Finlandiya, Moldova, Uels, Şİmali İrlandiya və Hollandiya, Çernoqoriya, Bolqarıstan və Estoniyadan komandalarından ikisi rəqibimiz ola bilər. Hansı komandaların bizə rəqib olmasını istəyərdin?

- Təxmini bilinən rəqiblərimiz arasında ən güclüsü Slovakiyadı. O biri komandalar demək olar ki, eyni səviyyədədi. Bəlkə də Hollandiya bir az seçilə bilər. Millimiz üçün yaxşı qrup ola bilər. Keçən ilki kimi birinci yerlə çıxaca bilərik.

- Millimiz bu qrupdan çıxacaq gücdədi?

- Bəli, hazırkı millimiz bu qrupu birinci kimi tamamlaya biləcək gücdədi. Cavanlarımız da yaxşı durumdadı. Onlar arasında Nihat İsmayılovu qeyd edə bilərəm. Onun da özünü sübut etməsinin vaxtıdı.  

- Azərbaycan millisindən tsikldə və final mərhələsindən uğurlu nəticə gözləmək olar? 

- Millimiz yaxşı səviyyədədi. Final mərhələsində də yaxşı nəticə əldə etmək borcumuzdu. 

- Seçmə mərhələ oyunları Bakıda keçiriləcək...

- Bəli, bu artıq dəqiqləşib. Keçən ilki kimi azarkeşlərimizin dəstəyilə birinci pilləni qazanacağıq.

- "Araz" əvvəlki illərlə müqayisədə zəifləyib, çempionatımız ürəkaçan səviyyədə deyil. Bunların hamısı millimizin çıxışına təsir edə bilər?

- Düzdü, Araz liqaya bu ilin əvvəlində uğursuz start verdi. Ancaq yerli çempionatda hazırda birinci pillədəyik. Məğlubiyyətimiz də yoxdu. Legionerlər olanda da belə idi. Onu da deyim ki, rəqiblərimiz arasında "Ekol"dan savayı digər komandalar legionerlərlə çıxış edir. Liqamız zəif olsa da, dörd komanda rəqabət aparır. Bu ilki "Xəzər Cənub" yaxşı çıxış edir, belə davam etsələr, rəqibləri üçün başağrısı olacaqlar. Əgər legioner kimi oynayan oyunçularımız da milliyə dəvət olunsa, gücümüzə güc qatacaqlar.

- "Araz" Çempionlar Liqasında yerli oyunçularla uğursuzluğa düçar oldu. Sanki yerli oyunçularla istədiyimizi əldə edə bilmirik. Belədi?

- Təcrübəsizlik və həyəcan öz sözünü dedi. Çünki komandamızın 60 faizi birinci dəfə idi ki, o səviyyədə oyuna çıxırdı. 

- "Araz"da legionerlərin olmaması necə, yerli və gənc futzalçılar üçün yaxşıdı?

Məncə, legionerlərin olmaması xeyirdi. Çünki yerlilərin oyun praktikası artır, təcrübə qazanırlar. Nihatın adını elə buna görə çəkmişdim. Başqa cavanların da üzə çıxacağına inanıram.

- Millimizin legionerləri fərqli ölkələrdə, fərqli klublarda oynayır. Onlarla bir-birinizin oyununa öyrəşməyiniz problem olmayacaqki?

- Xeyr, problem olmayacaq. Çünki onlar təlim-məşq toplanışına qoşulacaq. Üstəlik illərdi birlikdə oynadığımız oyunçulardı. Legionerlərimiz də Alesionun taktikasını və xarakterini yaxşı bilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31