9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Seneqallı müdafiəçi "Neftçi"də

"Neftçi” qısa zaman kəsiyində daha bir transferi həyata keçirib.
 
Futbolxeber.az saytının klubun saytına istinadən verdiyi məlumata görə, seneqallı futbolçu Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanıb. 25 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 3 nömrəli formanı geyinəcək.
 
Sonuncu klubu "Jalgiris” (Litva, 2016-2018) olan Mbodj "Dakar Sakre Kour” (Seneqal, 2011-2014), "Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. "Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Superkubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.
 
Qeyd edək ki, bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə bağlanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31