9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Gəncədə birinci dəfə, “Səbail”in ilk uğuru

“Kəpəz” Azərbaycan kuboku tarixində 25-ci məğlubiyyətini alıb. Bu uğursuzluq 2018/19 mövsümünün 1/8 final mərhələsinin “Səbail”lə matçına təsadüf edib.
 
Futbolxeber.az saytının məlumatına görə, qərblilər öz meydanında 0:4 hesabı ilə uduzub. Bu, “Kəpəz”in tarixinə evdə alınan ilk böyükhesablı məğlubiyyət kimi düşüb. Öz meydanındakı 45 oyunda cəmi 10 dəfə uduzan Gəncə təmsilçisi belə ağır yenilgi almamışdı.
 
Ümumilikdə isə “Kəpəz” kubokda 2-ci dəfə böyükhesablı məğlubiyyət yaşayıb. İlk belə hadisə 2003/04 mövsümünün 1/4 finalında qeydə alınmışdı. Gəncəlilər “Şəmkir”lə Qərb derbisinin səfərdəki cavab oyununda 5 cavabsız qol buraxmışdı. Bu, həm də “Səbail”in ölkə kubokunda ilk böyükhesablı qələbəsi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31