9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Millimiz Almaniya, Yunanıstan və Qazaxıstanla eyni qrupda

Bu gün 17 yaşadək futbolçular arasında AVRO-2020-nin seçmə mərhələsinin püşkü atılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yığmamızın rəqibləri də müəyyənləşib. Komandamız Almaniya, Yunanıstan və Qazaxıstanla birlikdə 9-cu qrupa düşüb.
 
Seçmə mərhələ 2019-cu ilin payızında keçiriləcək. Azərbaycan yığmasının yer aldığı qrupun oyunlarına ev sahibliyi edəcək ölkə hələlik dəqiqləşməyib.
 
Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında 4 ən yaxşı nəticəyə malik olan yığma elit-raunda yüksələcək. Bu mərhələnin oyunları isə 2020-ci ilin yazında baş tutacaq. İspaniya və İngiltərə birbaşa elit-raunddan mübarizəyə start verəcək.
 
Qeyd edək ki, final mərhələsi Estoniyada keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31