27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Qəbələ"nin "Keşlə" ilə 47-ci dueli

Bu həftə Topaz Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə başa çatacaq.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” 12-ci turda “Keşlə” ilə qarşılaşacaq. Görüş Noyabrın 24-də Bakıdakı “ASK Arena”da keçiriləcək.

Bu oyun iki komanda arasında 47-ci matç olacaq. Rəqiblər ilk dəfə 2006/07 mövsümündə üz-üzə gəlib. İndiyədək baş tutan 46 matçda “Qəbələ” 14 qələbə qazanıb, 16 heç-heçə edib və 16 dəfə uduzub. Paytaxt klubunun 59 qol vurduğu matçlarda “qırmızı-qaralar” 48 dəfə fərqlənib. “Keşlə” ilə oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 5 qola sevinən Daniel Subotiçdir.

Əvvəlki 46 matçdan 41-i çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 16 heç-heçə edib və 14 dəfə uduzub. Bu qarşılaşmalarda 41 qol vuran "Qəbələ" futbolçuları 52 top buraxıb.

İndiyədək 22 dəfə bu komandanın qonağı olan “Qəbələ” səfərdə 6 qələbə qazanıb. Hesabında 6 heç-heçə olan komanda 10 dəfə meydanı məğlub tərk edib. “Keşlə”nin ev oyunlarında meydan sahibləri 36, “qırmızı-qaralar” 21 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30